ÜST Azərbaycana təşəkkür etdi

© REUTERS / STRINGERСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan koronavirusun yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə "COVID-19 Müraciəti" adlı fonda 5 milyon dollar yardımın verilməsi barədə qərar qəbul edib.

BAKI, 7 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Katibi Tedros Adhanom Gebreyesus Azərbaycana koronavirusla mübarizə üçün yaradılmış fonda 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırmasına görə təşəkkür edib.

Sputnik Azərbaycan xəbər verir ki, ÜST baş katibi "Twitter" səhifəsində bununla bağlı olaraq Azərbaycanın Cenevrə şəhərindəki BMT ofisində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqova minnətdarlığını bildirib.

"Səfir Vaqif Sadıqov, "COVID-19" xəstəliyinə qarşı qlobal tədbirlərə maliyyə dəstəyinə görə sizin hökumətinizə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. ÜST həmrəyliyinizə görə sizə minnətdardır. Daha təhlükəsiz bir dünya üçün birlikdə", - Tedros Adhanom Gebreyesus tvitində yazıb.

Bir müddət öncə Nazirlər Kabinetinin Mətbuat Xidməti Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün "Strateji Hazırlıq və Cavab Planı" çərçivəsində "COVID-19 Müraciəti" adlı fonda 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Xəbər lenti
0