Xəstəliklə bağlı 16 əyalətə giriş qadağan edildi

© AFP 2024 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək İranda 145 nəfər koronavirusdan həyatını itirib, 5 minədək insan bu xəstəliyə yoluxub. 913-ü sağalaraq evə buraxılıb.

BAKI, 7 mart — Sputnik. İranda koronavirusla mübarizə çərçivəsində 16 əyalətə giriş qadağan edilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 16 əyalətə səyahətlər qadağan edilib. Bunlar Yəzd, Gilan, Fars, Qəzvin, Zəncan, Ərdəbil, Kirman, İsfahan, Gülüstan, Simnan, Luristan, Mazandaran, Kirmanşah, Rəzəvi Xorasan, Kohgiluyə və Boyer-Əhməd və Sistan və Bəlucistan əyalətləridir. Bundan başqa, bəzi yerlərə də səyahət qadağan edilib.

Qeyd edək ki, indiyədək İranda 145 nəfər koronavirusdan həyatını itirib, 5 minədək insan bu xəstəliyə yoluxub. 913-ü sağalaraq evə buraxılıb. Epidemiya səbəbindən məktəblər, universitetlər, idman və sənət fəaliyyətləri 20 marta qədər ləğv edilib.

Xəbər lenti
0