Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus yoxlaması: Özələ olmaz, ancaq dövlət xəstəxanasına!

© AFP 2024 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
"Koronavirusa görə yoxlanış yalnız Respublika Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzində aparılır. Dövlət bu işi üzərinə götürüb" – Cəlal İsayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus təhlükəsinə qarşı önləmlər görülməkdədir. Bu məqsədlə Bakı, Astara, Qobustan və Cəlilabad rayonlarında xüsusi yerlər ayrılıb. Bakıdakı palatalar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz (KTM), 7 saylı uşaq infeksion xəstəxanasında yerləşir.

Человек в медицинской маске, фото из архива - Sputnik Azərbaycan
İrandan koronavirusa qarşı maraqlı addım

Dünyada yayılan bu yoluxucu virus ölkə vətəndaşlarını da narahat edir. Özündə bu xəstəliyin hər hansı bir əlamətini hiss edən insanlar yoxlanılmaq istəyirlər. Amma məsələ ondadır ki, koronavirusun olub-olmadığını ancaq bir mərkəzdə yoxlamaq olar. Virusa görə özəl xəstəxanalarda müayinə həyata keçirilmir.

Sputnik Azərbaycan-ın özəl xəstəxanalar arasında keçirdiyi sorğu da özəl klinikalarda yoxlama olmadığını üzə çıxarıb. Müraciət etdiyimiz klinikalardan yalnız birində koronavirusla bağlı yoxlama aparılır. Qiyməti 280 manat olan bu yoxlama da yeni peyda olan COVID-19 növünə deyil, koronovirusun bundan əvvəlki növlərinə aiddir.

Maraqlıdır, koronavirusa görə özəl xəstəxanalarda yoxlamalar niyə aparılmır?

Baş infeksionist Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Artıq bir müddətdir ki, bu xəstəliklə əlaqədar olaraq qərargah yaradılıb. Antarktidadan başqa, bu virus bütün qitələrə yayılıb. Hamı yoxlamadan keçmək istəyir. Amma hələlik, bu, mümkün deyil. Çünki bu virus yenidir və onun yoxlanılması hər yerdə aparıla bilməz. Buna tibbi imkanlarımız yol vermir. Buna görə də, koronavirusa görə özəl xəstəxanalarda nə müalicə, nə də müayinə olmaz".

"Koronavirusa görə yoxlanış yalnız Respublika Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzində aparılır. Dövlət bu işi üzərinə götürüb. Çünki bu dövlət əhəmiyyətli bir məsələdir. Xəstə niyə özəl müəssisəyə gedib müayinə, müalicə olunmalıdır?", - deyə baş infeksionist əlavə edib.

Gəlib bizdən öyrənsinlər... Baş epidemioloq virusdan qorunmağın sadə yolunu açıqlayır

Cəlal İsayev bu xəstəliyin gələcəkdə mövsümi xarakter ala biləcəyi ehtimalından da danışıb: "Belə ehtimal var ki, gələcəkdə bu xəstəlik mövsümi infeksion xəstəliklər kimi müşahidə ediləcək. Bu zaman yəqin ki, bu virusa görə özəl xəstəxanalarda da yoxlanış olacaq".

Qeyd edək ki, Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 6-ya çatıb. Hazırda koronavirusa görə karantində 500 nəfər nəzarətdə saxlanılır.

Xəbər lenti
0