BAKI, 7 mart — Sputnik. ABŞ-ın Vaşinqton Universitetinin alimləri hesab edirlər ki, Marsda yeni tapılan, tiofen adlanan birləşmələr keçmişdə bu planetdə həyat olmasına bir işarədir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Phys.org yazır.
Mütəxəssislər tiofenlərin yaranmasının bir neçə mümkün bioloji yolunu təyin ediblər. Yəni bu yollar qeyri-bioloji yollardan daha ağlabatandır. Mümkün qeyri-bioloji yollara meteorit zərbələri, eləcə də sulfatların 120 dərəcə Selsidə termokimyəvi bərpası aiddir.
Bioloji senariyə görə isə tiofenlər 3 milyard il əvvəl Marsda yaşamış mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində yaranıb. Alimlər deyirlər ki, o zaman qırmızı planet isti və rütubətli olub. Mikroblar sulfatların bərpasında iştirak edib. Bu variantın təsdiqi üçün mütəxəssislər yeni marsoxodun topladığı nümunələrdəki kükürd və karbon izotoplarını analiz etməyi təklif edirlər. Canlı orqanizmlər yaratdıqları birləşmələrdə izotopların nisbətini dəyişə bilirlər, bu isə keçmişdə bioloji aktivliyin markeri ola bilər.
Tiofen molekulunda 4 karbon və kükürd atomu var. Tiofenlər Yerdə kömürdə, xam neftdə və trüfel göbələklərində rast gəlinir.