Ərdoğanın qeyd dəftəri ilə bağlı yeni detal ortaya çıxıb

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan müəyyən fasilələrlə keçirdiyi millət vəkilləri toplantısına hər zaman olduğu kimi, yenə də qara üzlü qeyd dəftəri ilə gəlib.

BAKI, 7 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün vacib məsələləri qeyd etdiyi dəftərləri ilə bağlı yeni bir detal ortaya çıxıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, siyasi həyatının ilk günündən bəri Ərdoğanı müşayiət edən və AKP-nin siyasi tarixi ilə bağlı hər şeyin yazılı olduğu qara üzlü dəftəri tanımayan yoxdur. Ərdoğanın bu gün sayısı yüzlərlə olan qeyd dəftərləri ilə bağlı maraqlı bir məqam ortaya çıxıb.

Ərdoğan müəyyən fasilələrlə keçirdiyi millət vəkilləri toplantısına hər zaman olduğu kimi, yenə də qara üzlü qeyd dəftəri ilə gəlib. Ancaq bir detal toplantıya qatılanaların diqqətini çəkib. Ərdoğan bu dəfə toplantıya qara, qırmızı və mavi qələmlə gəlib. Millət vəkillərinin açıqladığı məsələləri dəftərinə qeyd edən Ərdoğan tez-tez qələmləri dəyişdirib. Toplantıya qatılanların fikrincə, Ərdoğan hansı məsələnin nazirliklərə, hansının Prezident Administrasiyasına göndəriləcəyi ilə bağlı özəl işarələr verib.

18 ildə qara üzlü dəftərlərin sayı ilə maraqlananlar az deyil. Məlumata görə, Ərdoğan ayda iki belə dəftəri yazıb bitirir. Bu dəftərə düşən qeydlər sonradan nazirlərə göndərilir. Nazirlər millət vəkilləri ilə əlaqə saxlayaraq onlardan bu məsələnin detallarını öyrənirlər. Görünür, məsələnin müvafiq yerlərə çatdırılması üçün yeni qeyd sisteminə ehtiyac duyulub.

Xəbər lenti
0