BAKI, 7 mart — Sputnik. Fransada yaşayan türk Halil Bıçkının koronavirusdan ölməsi Türkiyədə böyük əks-səda doğurub.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Fransa onun cənazəsinin ölkədən çıxarılmasına icazə vermir.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, mövcud vəziyyətdə koronavirusa qarşı xəbərdarlıq 2-ci səviyyədədir. Növbəti günlərdə epidemiyanın daha çox yayılması ilə xəbədarlıq səviyyəsi artaraq 3-cü səviyyəyə çıxa bilər.
Bu arada İranda qadın deputat Fatimə Rəhbər də koronavirusdan ölüb.
İndiyədək dünyada koronavirusdan 3 min 500-dən çox insan ölüb, 101 min 400-dən çox insan koronavirusa yoluxub.