Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlərin kart hesablarına əlli bir milyon manatdan çox subsidiya köçürülüb

© Sputnik / Ilham MustafayevTaxılçılıqla məşğul olan fermer
Taxılçılıqla məşğul olan fermer - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 6-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474 min 520 fermer qeydiyyatdan keçib.

BAKI, 7 mart — Sputnik. Fermerlərə payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi prosesi davam edir. Martın 6-dək 155 min 537 fermerin "Fermer kartı"na 51,3 milyon manat subsidiya köçürülüb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etdiyi torpaq məlumatları və payızlıq əkin bəyanlarının yoxlamaları başa çatdıqca onların adlarına kart sifariş verilir və subsidiya məbləği kart hesablarına köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.

Martın 6-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474 min 520 fermer qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 596887-yə çatıb. Fermerlərdən 361307 nəfər payızlıq əkinlərini bəyan edib. Bugünədək EKTİS-də 993718 hektar payızlıq əkin məlumatı bəyan edilib.

Əkin sahələri ilə bağlı rəqəm yekun deyil. Bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hansısa səbəbdən EKTİS-də qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək.

Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə 1 sentyabrdan etibarən başlayacaq.

Xəbər lenti
0