CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali təhsildə mühüm dəyişiklik - Eksternat ləğv edildi, yeni qaydalar tətbiq olunacaq

© Photo : REPORTКабинета Министров Азербайджанской Республики, фото из архива
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda da dəyişkilik edib.

BAKI, 7 mart - Sputnik. Nazirlər Kabineti “Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edib.

İndiyə qədər formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilib.

Dəyişiklik isə formal təhsilin əyani formasının tədrisə tam cəlb olunma – “fulltime” və tədrisə qismən cəlb olunma – “parttime” formalarında olmasını nəzərdə tutur. Başqa sözlə, ali təhsil (bakalavriat və magistratura) və təkrar ali təhsil üzrə əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək.

Nazirlər Kabineti “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda da dəyişkilik edib.

Dəyişiklik əyani təhsildə “fulltime” və “parttime” formalarının tətbiq olunacağı ilə bağlıdır.

“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, indiyə qədər bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) il, əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 il olub. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilib.

Həmçinin dəyişikliyə görə ali təhsilin bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib.

Xəbər lenti
0