CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məktəblərdə dərslərin dayandırılması müddəti uzadıldı

© AR Ministry of EducationСитуация в связи с эпидемиологической обстановкой в школах
Ситуация в связи с эпидемиологической обстановкой в школах - Sputnik Azərbaycan
Abunə olmaq
Mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır

BAKI, 7 mart - Sputnik. Azərbaycanda təhsil müəssisələri martın 27-dən fəaliyyətə başlayacaq. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb. Məlumatda deyilir:

"Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır".

Xəbər lenti
0