Danışıqlar bəs etmir: Ərdoğan ABŞ-dan "Patriot" komplekslərini istəyir

© AFP 2024 / GIL COHEN-MAGENЗенитно-ракетный комплекс Patriot, ( в центре), фото из архива
Зенитно-ракетный комплекс Patriot, ( в центре), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident həmçinin vurğulayıb ki, Türkiyə "Vaşinqtonun etirazlarına baxmayaraq", Rusiyadan aldığı "S-400" komplekslərindən istifadə edəcək.

BAKI, 6 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-dan hərbi yardım istəyib. Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan özü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə - Sputnik Azərbaycan
Ərdoğan Putinlə görüşdən danışdı: "Ümid edirəm ki..."

O, qeyd edib ki, barışıq sazişi imzalanmasaydı, Ankara Vaşinqtondan hərbi yardım xahiş edə bilərdi. Bununla yanaşı, Ərdoğan hələ də ümid edir ki, Amerika tərəfi Türkiyəyə "Patriot" zenit raket komplekslərini tədarük edəcək.

Prezident həmçinin vurğulayıb ki, Türkiyə "Vaşinqtonun etirazlarına baxmayaraq", Rusiyadan aldığı "S-400" komplekslərindən istifadə edəcək.

Rusiya və Türkiyə prezidentlərinin martın 5-də nail olduğu razılaşmaya əsasən, Suriyadakı İdlib deeskalasiya zonasında atəşkəs rejimi qüvvəyə minib.

Bundan sonra Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, Amerika və Türkiyə hərbçiləri ölkə ərazisini tərk etməsələr, Dəməşq güc tətbiq etməyə hazırdır.

Xəbər lenti
0