TƏBİB-dən xaricə səyahət edənlərə xəbərdarlıq

© Depositphotos.com / 3dmentatЗал ожидания в аэропорту, фото из архива
Зал ожидания в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tövsiyələrdə respirator xəstəliyin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs darlığı olduğu bildirilib

BAKI, 6 mart — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) koronavirus (COVİD – 19) xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, tövsiyələrdə respirator xəstəliyinin əlamətlərinin öskürək, qızdırma, ürəkbulanma, nəfəs darlığı olduğu bildirilib: "Koronavirus xəstəliyi rəsmi olaraq qeydə alınmış ölkələrə səyahət etmiş şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulur. Müşahidə müddətində (14 gün) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin".

Xəbər lenti
0