Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyənin cavab, Moskvanın Ankara ilə "hərdən razılaşmamaq" hüququ

© Sputnik / © Sergey Guneev / SputnikПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə əvvəl bağlanmış razılaşmalara - 2017-ci ilin deeskalasiya zonalarının yaradılması haqqında razılaşmaya və 2018-ci ilin Soçi memorandumuna sadiq olduqlarını təsdiqləyiblər.

BAKI, 6 mart — Sputnik. Altı saatlıq danışıqların yekunu olaraq Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib əyalətində atəşkəs rejimi ilə bağlı razılaşma əldə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sazişin layihəsini iki ölkənin xarici işlər nazirləri səsləndiriblər.

İdlib deeskalasiya zonasında döyüş əməliyyatları martın 6-da gecə yarısından etibarən dayandırılmalıdır. Bundan başqa, Moskva və Ankara M-4 avtomobil yolunun yaxınlığında ondan altı kilometr şimala və cənuba uzanan təhlükəsizlik dəhlizi təşkil edəcəklər. Martın 15-dən isə bu ərazidə birgə patrul işləri başlayacaq.

Rusiya və Türkiyə əvvəl bağlanmış razılaşmalara — 2017-ci ilin deeskalasiya zonalarının yaradılması haqqında razılaşmaya və 2018-ci ilin Soçi memorandumuna sadiq olduqlarını təsdiqləyiblər.

Турецкий военный конвой в провинции Идлиб, Сирия, фото из архива - Sputnik Azərbaycan
Əsəd qüvvələri vurulur - "Bahar qalxanı"nın son rəqəmləri

Moskva və Ankara həmçinin terrorizmin bütün təzahürləri ilə mübarizə aparmaq əzmində olduqlarını bildiriblər. Tərəflər Suriyadakı münaqişənin hərbi həllinin olmadığına razılaşıblar, həmçinin Suriyanın suverenliyinə sadiqliyi təsdiq ediblər.

Təmas nöqtələri

Rusiya prezidenti türkiyəli həmkarına Moskvaya gəldiyinə və "münasibətlərimizi təsdiq etmək" qərarına görə təşəkkür edib.

Putin, həmçinin qeyd edib ki, Moskva Suriyada baş verənlərin qiymətləndirilməsi məsələsində heç də həmişə Ankara ilə razılaşmır, lakin kritik məqamlarda ölkələr ümumi dil tapmağı bacarırlar.

Bundan başqa, Rusiya lideri vurğulayıb ki, terrorçuluğa qarşı mübarizənin zəifləməsinə yol vermək olmaz. O əlavə edib ki, Rusiya və Türkiyə Suriyada münaqişənin həllinin Astana formatının saxlanmasında maraqlıdırlar.

Cavab hüququ

Türkiyə Suriyanın hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır. Bunu Ərdoğan Putinlə danışıqların yekununda bildirib.

Bunun üçün Türkiyə artıq İdlibə əlavə qüvvələr göndərib.

Ərdoğan, həmçinin Ankaranın "suriyalı qaçqınlara vətənlərinə qayıtmaq məsələsində yardım göstərməyi öhdəsinə götürdüyünü" bildirib.

İdlibdə gərgin vəziyyət

Fevralın 27-də Suriyanın İdlib əyalətinə nəzarət edən terrorçuların hökumət qoşunlarına hücum etməsi nəticəsində bu əyalətdə vəziyyət gərginləşib. Suriyanın hökumət ordusu cavab atəşi açıb. Türkiyəli hərbçilər də atəşə tuş gəliblər və nəticədə 36 türkiyəli əsgər şəhid olub.

 

Xəbər lenti
0