CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda xlora tapınan "təmizkarlar" - Akif Məmmədov yalanlarını üzə çıxardı

© AFP 2024 / MARVIN RECINOSДезинфекция жилого помещения, фото из архива
Дезинфекция жилого помещения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Restoranlar dezinfeksiya etməkdə maraqlı deyillər. Çünki dezinfeksiya edilən məkan ən azı axşam saatlarına qədər bağlı saxlanılmalıdır. Restoranlar isə gəlirlərini itirməmək üçün dezinfeksiya etmirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Koronavirusa görə ölkədə, demək olar ki, əksər qurumlar dezinfeksiya tədbirləri həyata keçirirlər. Amma bu cür tədbirlərə nədənsə kafe və restoranlarda rast gəlinmir. Halbuki, kafe və restoranlar Bakıda əhalinin ən çox üz tutduğu məkanlardandır.

Sputnik Azərbaycan paytaxtda yerləşən kafe və restoranlarda koronavirusla bağlı hansı tədbirlərin həyata keçirildiyini araşdırıb. “Şeraton” restoranından Sputnik Azərbaycan-a bildiriblər ki, koronavirusa yoluxma halları müşahidə olunandan müştərilərin sayında azalma var: “Koronavirus yayıldıqdan sonra müştərilər restoranlara getməkdən çəkinirlər. Halbuki, bizdə bütün qab-qacaq hər gün xlorlu suda yuyularaq dezinfeksiya edilir”.

Bakıda bazar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Meyvələr matahdır, marketlər muzey, qiymətlər də artır, haraya qədər?

Əlaqə saxladığımız digər restoranlardan da dezinfeksiya aparılmadığını desələr də, qabların xlorlu suda saxlanıldığını söylədilər. “Böyük Fırat” restoranından bildirdilər ki, müştərilərin narahatlığına heç bir əsas yoxdur: “Bizim qablarımız hər gün xlorlanır. Bundan əlavə, otaqları xüsusi məhlulla silirik. Ona görə də qorxub-çəkinmək lazım deyil”.

“Mado” restoranından da qabların xlorlandığını söylədilər: “Bizə xüsusi məhlul verilib. Həmin məhlulla otaqlar silinir. Elə bu da dezinfeksiya tədbiridir”.

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, kafe və restoranlardan dezinfeksiya üçün onlara müraciət daxil olmayıb: “Əslində kafe və restoranlar ən çox dezinfeksiyaya ehtiyac olan məkanlardır. Çünki belə yerlərdə insanlar qapalı şəkildə bir müddət oturur, yemək yeyirlər. Ona görə də kafe və restoranların dezinfeksiyası şərtdir. Bununla belə restoranlar dezinfeksiya etməkdə maraqlı deyillər. Çünki dezinfeksiya edilən məkan ən azı axşam saatlarına qədər bağlı saxlanılmalıdır. Restoranlar isə gəlirlərini itirməmək üçün dezinfeksiya etmirlər”.

A.Məmmədov deyir ki, əslində belə məkanlar ayda bir dəfə dezinfeksiya olunmalıdır:

“Sovet dövründə sanitar günləri var idi. Həmin günlər ayda bir dəfə keçirilirdi. Belə qapalı məkanlarda dezinfeksiya işləri aparılırdı. Çox təəssüf ki, bu ənənə elə sovet dövründə qaldı. Restoranlarda qab-qacaqlar xlorlu su ilə yuyulmalı, hər gün belə dezinfeksiya edilməlidir. Amma bütün kafe və restoranlar bu qaydaya da əməl etmirlər”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, nəinki kafe və restoranlar, toy mərasimlərinin keçirildiyi məkanlar da bu ara sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər: "Biz insanlara tövsiyə edirik ki, belə qapalı məkanlardan imkan daxilində istifadə etməsinlər. Əslində restoran, kafe və şadlıq evləri dezinfeksiya edilməlidir. Qablar xlorlu su ilə yuyulmalıdır ki, xəstəliklər müştərilərə keçməsin. Ən azından koronavirusun yayıldığı vaxtda restoranlar bu qayadalara əməl etməlidirlər".

Xəbər lenti
0