BAKI, 6 mart — Sputnik. Bu gün bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq. Sputnik Azərbaycan Azərsu ASC-nin məlumatına istinadla xəbər verir ki, magistral su xətlərində yenidənqurma işləri aparılır.
Bununla əlaqədar 06 mart 2020-ci il tarixində gün ərzində Müşviqabad, 28 May, Nübar, Sulutəpə və Biləcəri qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.