Qazaxıstan dediyini etdi – Bakıya uçuşların sayı azaldıldı

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidСамолет авиакомпании Air Astana
Самолет авиакомпании Air Astana - Sputnik Azərbaycan
Abunə olmaq
"Air Astana"nın satış direktoru İslam Sekerbəkov deyib ki, rəhbərlik etdiyi qurum koronavirus təhlükəsi ilə əlaqədar bir sıra beynəlxalq aviareyslərin istiqamətlərinə dəyişiklik edib

BAKI, 6 mart — Sputnik. Qazaxıstanın "Air Astana" şirkəti ölkənin paytaxtı Nur-Sultandan Bakıya birbaşa uçuşları dayandırıb, digər şəhər Almatıdan Bakıya uçuşların sayını isə 3 dəfə azaldıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkətin satış direktoru İslam Sekerbəkov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum koronavirus təhlükəsi ilə əlaqədar bir sıra beynəlxalq aviareyslərin istiqamətlərinə dəyişiklik edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 93 ölkə və regionu əhatə edir. Dünyada koronavirusa yoluxanların sayı 100 162-ə çatıb.

Xəbər lenti
0