Bir sıra ölkələrin hökumətləri koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün Çinlə dövlət sərhədlərini müvəqqəti olaraq bağlayıb.
Çində aşkarlanan və sürətlə qonşu İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılıb.
Son vaxtlar Azərbaycanda bir sıra malların qiymətlərində artım müşahidə edilir. Maraqlıdır ki, koronavirusun yayılması Azərbaycana İran və Çindən malların idxalına necə təsir göstərəcək? Bu, təchizata və qiymətlərin daha da artmasına təsir edəcəkmi?
2019-cu ildə İran və Çindən Azərbaycana idxal edilən məhsullarla bağlı rəqəmlərlə Sputnik Azərbaycan-ın infoqrafikasında daha ətraflı tanış ola bilərsiniz.