CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan gələn sürücüləri Azərbaycanda xüsusi müşayiət edirlər

© AR Ministry of Internal AffairsXüsusi müşayiət
Xüsusi müşayiət  - Sputnik Azərbaycan
Abunə olmaq
İstirahət yerlərində sürücülər DİN-in hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb

BAKI, 6 mart — Sputnik. Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilən məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir.

İstirahət yerlərində sürücülər DİN-in hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.

© AR Ministry of Internal Affairs
Xüsusi müşayiət  - Sputnik Azərbaycan
1/3
© AR Ministry of Internal Affairs
Xüsusi müşayiət  - Sputnik Azərbaycan
2/3
© AR Ministry of Internal Affairs
Xüsusi müşayiət  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayiəti ilə yollarını davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.

Xəbər lenti
0