Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvada azərbaycanlının "1001 gecə" nağılı

© Photo : Instagram / mammadovriadАзербайджанский пианист Риад Мамедов, фото из архива
Азербайджанский пианист Риад Мамедов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Musiqiçi Riyad Məmmədov həmkarları ilə birlikdə Moskvada özünün qeyri-adi musiqi layihəsini təqdim edib

BAKI, 5 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı pianoçu Riyad Məmmədov özünün caz triosu ilə birlikdə Moskvada ilk dəfə olaraq unikal musiqi layihəsini – “1001 gecə”dən dörd nağılı – təqdim edib.

R.Məmmədov Sputnik Azərbaycan-a deyib ki, bu layihənin yaranmasında Şəhriyar şah və arvadı Şəhrizaddan bəhs edən “1001 gecə” nağıllarından bəhrələnib. Konsertlərinin ardıcıllığını da toplunun əsas prinsipi – nağılların müstəqilliyi - əsasında qurub.  Onun dörd nağılının hər biri bəstəkarın fərqli hisslərini, dünyagörüşünü əks etdirir.

© © Courtesy of Riad MammadovRiyad Məmmədov özünün caz triosu ilə
Moskvada azərbaycanlının 1001 gecə nağılı - Sputnik Azərbaycan
Riyad Məmmədov özünün caz triosu ilə

“Qərbin adətləri prizmasından Şərqin dərk edilməsi üçün açar rolunu oynayacaq saund-konsepsiya yaratdım. Konserti ifa etmək mənə zövq verdi, çünki mənimlə birlikdə səhnədə və zalda dostlarım, mənim dəstəkçilərim vardı”, - Məmmədov deyib.

Konsertdə Məmmədovun triosuna daxil olan zərbçi Yevgeni Ryaboy və bas-gitaraçı Aleksandr Lupaçiklə yanaşı, beynəlxalq müsabiqələrin lauretları Georgi Mansurov və Mixail Smirnov, eləcə də Azərbaycanın Əməkdar artisti tarzən Qorxmaz Axundov da çıxış ediblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Riad Mammadov (@mammadovriad)

Riyad Məmmədov Moskva Konservatoriyasını və “fortepiano” üzrə aspiranturanı, eləcə də müsiqişünas kimi nəzəriyyə aspiranturasını bitirib. Azərbaycan, Belçika, Kanada, Fransa və Rusiyada beynəlxalq festivallarda çıxış edib. Teodor Kurentzisin “Music Aeterna” orkestri, “Niagara Silkway” kamera orkestri (Kanada) və s. ilə birlikdə konsertlərdə iştirak edib. 

Riyad Məmmədov həmçinin pedaqoji fəaliyyətlə də məşhurdur. O, Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsi üzrə elmi məqalələrin müəllifidir.

Xəbər lenti
0