SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisdə struktur islahatları aparılacaq

© Photo : REPORTSəfa Mirzəyev, arxiv şəkli
Səfa Mirzəyev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtının hələ məlum olmadığını bildirib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart – Sputnik. Milli Məclisdə struktur islahatları aparılacaq.Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib.

O, vurğulayıb ki, hakimiyyət orqanlarında islahatlar keçirilir və bu islahatlar yəqin ki, Milli Məclisdə də aparılacaq.

Səfa Mirzəyev, həmçinin Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtının hələ məlum olmadığını bildirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir: “Bununla bağlı hələ qərarın verilməsini gözləyirik”.

Xəbər lenti
0