CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virusun pulla keçmək ehtimalı yoxdur?

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Abunə olmaq
Baş infeksionist Cəlal İsayev bildirib ki, ümumiyyətlə virusdan qorunmaq üçün əlləri 20 saniyə ərazində sabunla yumaq vacibdir

BAKI, 5 mart — Sputnik. Koronavirusun pulla keçmək ehtimalı yoxdur.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cibimizdəki pullar da koronavirus yayırmı - Mərkəzi Bank izahat verdi

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. C.İsayev deyib ki, ümumiyyətlə virusdan qorunmaq üçün əlləri 20 saniyə ərazində sabunla yumaq vacibdir.

Qərargahın digər üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva isə təhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı valideynlərdən diqqətli olmağı xahiş edib: "Orta məktəblər bağlandı ki, uşaqlarımız sıx təmasdan uzaq olsunlar. Uşaqları məktəbdən saxlayıb əyləncə mərkəzlərinə aparmaq doğru deyil. Biz bununla bağlı uşaqların əyləncə mərkəzlərinə girişinə qadağa qoya bilmərik. Valideynlər özləri buna məsuliyyətlə yanaşmalıdırlar".

Qeyd edək ki, digər ölkələrdə virusun pulla keçmə ehtimalının yüksək dəyərləndirilər. Xəstəliyin mənbəyi olan Çin bütün pulların dezinfeksiya edildiyini elan edib.

Xəbər lenti
0