Zülfiyyə Quluyeva Sputnik Azərbaycan
BAKI, 5 mart — Sputnik. İrandan gələnlərdə xəstəliyin simptomları aşkarlanmayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev danışıb.
O bildirib ki, karantində saxlanılan şəxslərdən xəstəliyin müayinəsi üçün müvafiq yaxmalar götürülüb: "Onlarda koronavirus aşkarlanmayıb. Lakin xəstəliyin 14 günlük inkubasiya dövrü tam bitmədiyi üçün nəzarətdə saxlanılırlar. Bu şəxslərin əksəriyyəti azərbaycanlılardır və onlar İrandan gəliblər".
© Sputnik / Irade JELILTƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev
TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev
© Sputnik / Irade JELIL
V.Əliyev qeyd edib ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir. Hətta ev şəraitində müalicə mümkündür.