BAKI, 5 mart — Sputnik. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər bir sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İlham Əliyev Neftçala rayonuna da yeni isra hakimi təyin edib. Prezidentin sərəncamı ilə bu vəzifəyə Mirhəsən Mirheydər oğlu Seyidov təyin olunub.