Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İki əsr yaşı olan dəyirmanda üyüdülən un nə üçün müalicəvi sayılır

Abunə olmaq
Goranboyun Şadlı kəndində iki əsrə yaxın yaşı olan su dəyirmanı hələ də işlək vəziyyətdədir. Bu dəyirmanda unun necə üyüdüldüyünü isə videomuzda izləyin.

Bir vaxtlar dövrünün sayılıb-seçilənlərindən olan Şadlı İsgəndərə məxsus olan bu dəyirmanı hazırda onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman heç bir elektrik enerjisi sərf etmədən 50 kiloqram buğdanı 1 saata üyüdür.

“Dədə Qorqud yadigarı” – Tarixi səsləndirən musiqi aləti  - Sputnik Azərbaycan
VİDEO
"Dədə Qorqud yadigarı" – Tarixi səsləndirən musiqi aləti

Dəyirmançı Tağı Tağıyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə müsahibəsində su dəyirmanına olan böyük maraqdan danışıb. Ukrayna və Rusiyadan xüsusilə bu dəyirmanda üyüdülən unu almaq üçün gələnlər olub. Azərbaycanda isə ən çox Bakı və Gəncə şəhərlərindən sifarişlər olur.

“Ən çox həkim məsləhəti ilə gəlirlər. Bir çoxuna hər cür müalicə aldıqdan sonra son çarə kimi su dəyirmanında üyüdülən taxılın unundan istifadə etməyi məsləhət görürlər. Buna görə də, bu dəyirmanın gəliri olmasa da, onu bağlamayacağam”, - deyə dəyirmançı bizimlə bölüşüb.

Tağıyev dəyirmanı işlətməkdə mənfəət güdmür, çünki əsasən həkim məsləhətilə müalicəvi un tələb olunan zaman işə salınır. Bu səbəbdən buğdalarını üyüdənlərə də qiymət oxumur. 50 kq un üyütdüyünə görə 5, 3, 2 manat aldığı vaxtlar olur. Elə vaxtlar da olur ki, imkanı olmayanlardan bir qəpik belə götürmür. Babasının vəsiyyət etdiyi kimi.

Xəbər lenti
0