Dünyanın gözlədiyi görüş başladı – Putin Ərdoğana başsağlığı verdi

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (слева) во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (слева) во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Putin eyni zamanda qeyd edib ki, İdlibdə vəziyyət o qədər gərginləşib ki Rusiya və Türkiyə liderlərinin birbaşa şəxsi danışıqlarını tələb edir.

BAKI, 5 mart — Sputnik. Rusiya paytaxtı Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Ситуация в Идлибе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə İdlibdəki vəziyyətə görə ABŞ-dan dəstək istədi

Görüş zamanı Putin Ərdoğana Türkiyənin Suriyada ölən hərbçilərinə görə başsağlığı verərək bəyan edib ki, hərbçilərin yeri barədə heç kim də məlumat olmayıb: "İnsanların ölümü həmişə böyük faciədir. Telefon danışığında qeyd etdiyim kimi çox təəssüflər olsun ki, Suriya hərbçiləri də daxil olmaqla heç kəs onların yeri barədə məlumatlı olmayıb".

Putin eyni zamanda qeyd edib ki, İdlibdə vəziyyət o qədər gərginləşib ki, Rusiya və Türkiyə liderlərinin birbaşa şəxsi danışıqlarını tələb edir.

Türkiyə Prezidenti isə öz növbəsində bu danışıqların nəticəsinin İdlibdə vəziyyətin normallaşması ilə nəticələnəciyinə əminliyini ifadə edib: "İdlibdə vəziyyət olduqca gərgindir. Bütün dünya bu gün gözünü bura dikib. Düşünürəm ki, bu gün görüləcək tədbirlər və qərarlarımız şübhəsiz vəziyyəti normallaşdıracaq".

Xəbər lenti
0