Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəşər tarixində iqtisadiyyat üçün ən böyük təhlükəni koronavirus yaradıb

© AFP 2023 / Jung Yeon-jeСитуация в связи с эпидемиологической обстановкой в Южной Корее
Ситуация в связи с эпидемиологической обстановкой в Южной Корее - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər COVID-19 adlı koronovirusun dünyada iqtisadi böhrana səbəb olacağını, bütün dünyada insanların həyatına və işinə ağır zərbə vuracağını açıqlayıblar

BAKI, 5 mart — Sputnik. Mütəxəssislər, tədricən daha çox ölkəyə yayılan COVID-19 adlı koronovirusun böhrana səbəb ola biləcəyi, bütün dünyada insanların həyatına və işinə ağır zərbə vurmağa davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Al Arabiya" nəşri xəbər yayıb.

"Daimi səyahət, ölkələr arasında mal və xidmətlər tədarükü XXI əsrin ayrılmaz hissəsinə çevrilib. Beləliklə, epidemiyanın qlobal iqtisadiyyatın iflasına səbəb olma riski bəşər tarixindəki bütün dövrlərdən daha yüksəkdir", - qəzet yazır.

"Bizi yoluxucu xəstəlikdən yalnız bir uçuş ayırır; bir uçuş da bizi tam bir epidemiyadan ayırır", - deyə International SOS tibbi və turizm təhlükəsizliyi şirkətinin regional direktoru Mariya-Luiza Van Eyk bildirib.

"Al Arabiya" xatırladır ki, ötən həftə dünyanın bir çox şirkətləri qlobal koronavirus epidemiyası təhlükəsi qarşısında bazarların çökməsi səbəbindən bir həftə ərzində beş trilyon dollar itirib. Birjada qiymətlərin düşməsi 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri ən güclü səviyyəyə çatıb.

Dünya bazarlarından sonra Rusiyada da çöküş baş verib. 27 fevral Rusiyanın fond birjası üçün son iki ilin ən pis günü olub. Ertəsi gün Rusiyada indekslərin düşməsi davam edib.

İyulun əvvəlində Bank of America-nın analitikləri, dünyanın 20 il əvvəl baş vermiş hadisəyə bənzər dərin iqtisadi böhrana qərq ola biləcəyini deyiblər. Bu iddiaya səbəb dünya bazarındakı tendensiyalardır. Bununla əlaqədar Rusiyada 1998-ci ildəki defoltun təkrarlanacağı proqnozlaşdırıldı.

İyun ayında Dünya Bankı yaxınlaşan qlobal maliyyə böhranı ilə əlaqədar xəbərdarlıq edib. Təşkilat bildirib ki, yaxın bir neçə ildə qlobal sarsıntılar gözlənilmirdi, lakin 2019-cu ildən sonra isə vəziyyət çox həyəcanverici ola bilər.

Xəbər lenti
0