Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda və regionlarda mərkəzlər yaradılacaq- Koronavirusa görə

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev koronavirus görə ölüm halları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BAKI, 5 mart — Sputnik. Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, insanlarda xüsusi alqoritmlər yoxlanacaq: "Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karanatinə alınıb müalicə olunacaqlar. Xəstəliyin kliniki əlamətləri meydana çıxan halda istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır".

Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev isə koronavirus görə ölüm halları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O deyib ki, Azərbaycanda hazırda koronavirusdan ölüm halı olmayıb: "Ölüm elə bir haldır ki, onu gizlətmək mümkün deyil. İndiyədək belə hal qeydə alınmayıb".

Xəbər lenti
0