BAKI, 4 mart — Sputnik. Suriya Türkiyəyə qarşı heç bir addım atmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
"Suriyanın Türkiyəyə qarşı hansı böyük və ya kiçik addımından söhbət gedir? Belə bir şey yoxdur. Suriya-Türkiyə nikahları var, ailələr var, həyati əhəmiyyətə malik ümumi maraqlar var. Bu mədəniyyətlərin qarşılıqlı əlaqəsi tarixə bağlıdır. Ona görə də bizimlə onlar arasında ciddi fikir ayrılıqlarının olmasını demək məntiqsizlikdir", - deyə Əsəd Rusiya telekanalına müsahibəsində bildirib.