CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peyvəndlənmiş heyvanlarla bağlı xəbərdarlıq

© AR Ministry of AgricultureBaytar, arxiv şəkli
Baytar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Peyvənd vurulan heyvanda 10 gün müddətində hər hansı dehelmintizasiya tədbirlərinin aparılması yolverilməzdir. Həmçinin müəyyən müddət ərzində onların ətini yemək də qadağandır

BAKI, 4 mart — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir. Cəbrayıllılara məxsus təsərrüfatlarda epizootik sabitliyi qorumaq məqsədi ilə 2020-ci il üçün təsdiq edilmiş epizootik plana uyğun olaraq iri və xirdabuynuzlu heyvanlar, itlər və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.

KTN-dən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda Biləsuvar rayonunda salınmış köçkün şəhərçiyində yerləşən Cəbrayıl Rayon Baytarlıq İdarəsi 11 sahə baytarlıq məntəqəsi vasitəsi ilə rayon sakinlərinə məxsus olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlar arasında nyukasl, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın sonları, martın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Alagözün identifikasiyası": bundan sonra heyvanlara 100 gün ömür bağışlayacaqlar

2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi idarənin əməkdaşları tərəfindən Cəbrayıl rayon sakinlərinə məxsus 11924 baş iribuynuzlu, 239 baş təkdırnaqlı heyvanda və 100 baş dəvədə qarayaraya, 108119 baş quşda nyukasl (La-sota vaksini ilə) və 1340 baş sahibli itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 8205 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.

Profilaktik tədbirlər çərçivəsində həm də baytar mütəxəssisləri vətəndaşlara maarifləndirici məlumatlar verir, bukletlər paylayır, heyvan sahiblərinə qarayara əleyhinə peyvəndləmə aparılan heyvanların ətindən 14 gün ərzində istifadə olunmaması ilə bağlı xəbərdarlıq edirlər. Həmçinin peyvənd vurulan heyvanda 10 gün müddətində hər hansı dehelmintizasiya tədbirlərinin aparılmasının yolverilməz olduğu bildirilərək təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsi tövsiyə edilir.

Qeyd edək ki, AXA-nın Cəbrayıl Rayon Baytarlıq İdarəsi rayon sakinlərinə məxsus olan 10 min baş iribuynuzlu, 71 min baş xırdabuynuzlu heyvan, 200 baş təkdırnaqlı, 1600 baş it və 56 min başdan artıq quşlar arasında bundan sonra da peyvəndləmə tədbirlərini davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Xəbər lenti
0