SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Qazax rayonuna səfər edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qazaxda əhəng zavodunun açılışında
Prezident İlham Əliyev Qazaxda əhəng zavodunun açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

BAKI, 4 mart — Sputnik. Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qazaxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycan Prezidenti Qazax rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Qazaxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun açılışında
Azərbaycan Prezidenti Qazax rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun açılışında

Azərbaycan Prezidenti Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qazaxda əhəng zavodunun açılışında
Azərbaycan Prezidenti Qazax rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Qazaxda əhəng zavodunun açılışında

Dövlət başçısı Qazaxda əhəng zavodunun açılışında da iştirak edib. “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Prezident “Azerlime” əhəng zavodunu işə salıb. Prezident İlham Əliyev “Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxıb.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşüb.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında
Azərbaycan Prezidenti Qazax rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında

Azərbaycan Respublikasının Prezidenti Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olub
Azərbaycan Prezidenti Qazax rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olub

Ölkə başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Xəbər lenti
0