CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərin 50 faizi dezinfeksiya edilib - Nazirlik

Abunə olmaq
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin, demək olar ki, yarısını təşkil edir

 

BAKI, 4 mart — Sputnik. İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin, demək olar ki, yarısını təşkil edir: "Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq".

C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.

Xəbər lenti
0