CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə koronavirusa yoluxma aşkarlanıbmı - Rəsmi açıqlama

© AR Ministry of EducationСитуация в связи с эпидемиологической обстановкой в школах
Ситуация в связи с эпидемиологической обстановкой в школах - Sputnik Azərbaycan
Abunə olmaq
Yaqut Qarayeva hazırda Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfərin olduğunu xatırladıb və onların hazırda həkim müşahidəsi altında olduğunu və səhhətlərində ağırlaşma baş vermədiyini əlavə edib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. İndiyədək Azərbaycanda heç bir təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanmayıb. Sputnik Azərbaycan-a bu barədə Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva məlumat verib. O bildirib ki, məktəblərdə tədris prosesinin dayandırılmasını vaxtında verilmiş qərar hesab edir.

Y.Qarayevanın sözlərinə görə, məktəblərdə dərslərin dayandırılması ölkədə koronavirusla bağlı risklərin yüksək olması demək deyil. Hadisələrin qarşısını əvvəlcədən almaq məqsədilə belə bir addım atılıb. Şöbə müdiri qeyd edib ki, indiyədək dünyada koronavirusa yoluxan 10 yaşadək uşaqlar arasında ölüm halı baş verməyib, uşaqlar arasında yoluxma halı olsa da, ağır fəsadlar müşahidə edilmir. Yaqut Qarayeva hazırda Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfərin olduğunu xatırladıb və onların hazırda həkim müşahidəsi altında olduğunu və səhhətlərində ağırlaşma baş vermədiyini əlavə edib.

Xəbər lenti
0