İranda koronavirusa yoluxanların sayı 2900-ü keçdi

© © WANA (West Asia News Agency)/Nazanin Tabatabaee via REUTERSСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni növ koronavirusdan ölənlərin sayı İranda 92-yə çatıb, onun törətdiyi xəstəlikdən isə 552 nəfər sağalıb

BAKI, 4 mart — Sputnik. İranda koronavirusa yoluxanların sayı 2900-ü keçib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi təmsilçisi Kianuş Cahanpur bildirib.

"Ötən gündən bəri koronavirusa yoluxmağa dair 586 yeni hal qeydə alınıb. Ümumilikdə bu xəstəliyə yoluxanların sayı 2922-yə çatıb. Ötən gün ərzində 24 nəfər xəstəlikdən vəfat edib. Bununla da yeni növ koronavirusdan ölənlərin sayı 92-yə çatıb. Ümumilikdə virusdan 552 nəfər sağalıb", - deyə Cahanpur qeyd edib.

 

Xəbər lenti
0