Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ceyms Bond da "azara düşdü"

© AP Photo / Charles SykesДэниел Крейг, исполнитель роли Джеймса Бонда
Дэниел Крейг, исполнитель роли Джеймса Бонда - Sputnik Azərbaycan
Abunə olmaq
Agent 007"nin fanatları prodüser şirkətlərinə müraciət ünvanlayaraq yeni filmin Böyük Britaniyada premyerasını başqa vaxta keçirməyi xahiş etmişdilər

BAKI, 4 mart — Sputnik. Britaniya kəşfiyyatının agenti Ceyms Bond haqda çəkilmiş "Ölmək vaxtı deyil" filminin premyerası yaz aylarından noyabradək təxirə salınıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, buna səbəb koronavirusun getdikcə daha çox yayılmasıdır.

"Agent 007"nin fanatları özlərinin MI6-hq.com saytında prodüser şirkətlərinə müraciət ünvanlayaraq koronavirusun yayılması səbəbindən yeni filmin Böyük Britaniyada premyerasını başqa vaxta keçirməyi xahiş etmişdilər.

​"MGM, Universal studiyaları və "Bond"un prodüserləri Maykl Uilson və  Barbara Brokkoli bu gün elan etdilər ki, dünya kino prokatında şəraitin öyrənilərək qiymətləndirilməsindən sonra "Ölmək vaxtı deyil" filminin buraxılışı 2020-ci ilin noyabrınadək təxirə salınır", - filmin Twitter-dəki rəsmi hesabında deyilir.

Məlumata görə, Böyük Britaniyada filmin ilk baxışı noyabrın 12-nə planlaşdırılıb, sonra isə başqa ölkələrdə göstəriləcək. ABŞ-da bu filmi ilk dəfə noyabrın 25-də göstərəcəklər.

Xəbər lenti
0