CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gecədə 21 avtomobili soydular

© AR Ministry of Internal AffairsSoyğunçuluq
Soyğunçuluq - Sputnik Azərbaycan
Abunə olmaq
İki cinayətkar əlbir olaraq bir gecədə 21 avtomobilin şüşəsini sındırıb, nəqliyyat vasitələrinin salonundan pul, ehtiyat hissələri və digər qiymətli əşyalar oğurlayıblar

BAKI, 4 mart — Sputnik. Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini İbrahim Məmmədov və Neftçala rayon sakini Abdul Musazadə tutularaq istintaqa təqdim ediliblər.

© AR Ministry of Internal AffairsBinəqədi rayonunda avtobobillərdən oğurlanan pul və ehtiyat hissələri
Bir gecədə 21 avtomobili soydular - Sputnik Azərbaycan
Binəqədi rayonunda avtobobillərdən oğurlanan pul və ehtiyat hissələri

Araşdırma zamanı onların Binəqədi rayonunda 1 gecədə 21 avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan pul, ehtiyat hissələri və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa İbrahim Məmmədova məxsus "Saipa" markalı nəqliyyat vasitəsi ilə gediblər. Tutulan zaman həmin avtomobilin yük yerindən dəstə üzvlərinin oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf edib.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxslər Ağdam rayon sakini İbrahim Məmmədov (solda) və Neftçala rayon sakini Abdul Musazadə
Bir gecədə 21 avtomobili soydular - Sputnik Azərbaycan
Saxlanılan şəxslər Ağdam rayon sakini İbrahim Məmmədov (solda) və Neftçala rayon sakini Abdul Musazadə

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir. İbrahim Məmmədov və Abdul Musazadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti
0