CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir balon sizi xilas edə bilərmi? - VİDEO

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ümid edirik ki, videoçarxa baxdıqdan sonra sürücülər mütləq şəkildə avtomobillərində bu balonun olmasını təmin edəcəklər

BAKI, 4 mart — Sputnik. Son illər avtomobillərin hərəkətdə olarkən və dayanarkən qəflətən yanması halları tez-tez baş verir. Bu məqsədlə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayıblar.

Sputnik Azərbaycan xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri yanğınsöndürən balondan istifadə qaydaları ilə bağlı maarifləndirmək, eləcə də həmin balonun avtomobildə olmasını təmin etməyə təşviq etməkdir.

Videoçarxın ideya müəllifi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və nəqliyyat üzrə ekspert Elməddin Muradlıdır. Videoçarxı Avtosfer.az saytının redaktoru Orxan Əli hazırlayıb.

Qeyd edək ki, təxminən 17-20 manat qiymətində olan bu balon dəyəri onminlərlə ölçülən əmlakın xilas edilməsi üçün əvəzedilməzdir. Yol polisi sürücülərə tövsiyə edir ki, həmin balonların avtomobildə olmasını təmin etsinlər.

Ümid edirik ki, videoçarxa baxdıqdan sonra sürücülər mütləq şəkildə avtomobillərində bu balonun olmasını təmin edəcəklər.

Xəbər lenti
0