Kazbek Tuayev: AVRO-2020-nin Bakıdakı matçları Avropa Liqası finalını geridə qoyacaq

© AP Photo / Luca BrunoБакинский олимпийский стадион, фото из архива
Бакинский олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın tanınmış futbol veteranı Kazbek Tuayev AVRO-2020-nin başlanmasına 100 gün qalmış Sputnik Azərbaycan-la öz gözləntilərini bölüşüb və turnirin oyunlarının Bakıda keçirilməsinin faydasını dəyərləndirib.

BAKI, 4 mart — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə 2020-ci il Avropa Çempionatının oyunları ötən ilin mayında Azərbaycanın paytaxtında baş tutmuş Avropa Liqasının finalından daha yüksək səviyyədə keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a tanınmış azərbaycanlı futbol veteranı Kazbek Tuayev bildirib.

Çərşənbə günü, martın 4-ü, AVRO-2020-nin başlamasından bizi 100 gün ayıracaq. Qeyd edək ki, çempionat iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Bakı Avropa Çempionatının dörd matçına ev sahibliyi edəcək. Bakının Olimpiya Stadionunda "A" qrupunun üç oyunu – İsveçrə-Uels (iyunun 13-də), Türkiyə-Uels (iyunun 17-də) və Türkiyə-İsveçrə (iyunun 21-də), eləcə də dörddəbir final oyunlarından biri (iyulun 4-də) keçiriləcək.

SSRİ yığmasının sabiq oyunçusu və Azərbaycan yığmasının sabiq məşqçisi Kazbek Tuayev AVRO-2020-dən ilk növbədə gözəl futbol gözləyir.

© Photo : Azerisport.comSSRİ yığmasının sabiq oyunçusu və Azərbaycan yığmasının sabiq məşqçisi Kazbek Tuayev
Kazbek Tuayev: AVRO-2020-nin Bakıdakı matçları Avropa Liqası finalını geridə qoyacaq - Sputnik Azərbaycan
SSRİ yığmasının sabiq oyunçusu və Azərbaycan yığmasının sabiq məşqçisi Kazbek Tuayev

"Xüsusilə Bakıda keçiriləcək matçlardan keyfiyyətli futbol gözləyirəm. Həmçinin ümid edirəm ki, Türkiyə yığması Bakı qrupundan növbəti mərhələyə çıxacaq. Bu komandaya azarkeşlik edəcəyəm və ümid edirəm ki, onlar məhsuldar nəticə göstərəcəklər. Mən Türkiyə yığmasının baş məşqçisinə onun yüksək peşəkarlığına görə çox hörmət edirəm", – Tuayev bildirib.

O hesab edir ki, Türkiyə yığması Bakıda da AVRO-2020-nin seçmə mərhələsində olduğu kimi oynasa, mütləq turnirin pley-offuna vəsiqə qazanacaq.

"Türkiyə yığmasının Şenol Günəşin rəhbərliyi altında AVRO-2020-nin seçmə mərhələsindəki oyunları xüsusilə xoşuma gəldi. Onlar seçmə mərhələdəki eyni keyfiyyəti göstərsələr, mütləq gözəl çıxış edəcəklər. Onların rəqiblərinə gəldikdə isə, əlbəttə ki, əsas İtaliya komandasıdır. Uels və İsveçrə yığmaları güclü, lakin tamamilə keçilən komandalardır", – Tuayev hesab edir.

SSRİ yığmasının sabiq oyunçusu vurğulayıb ki, AVRO-2020-nin oyunlarının Bakıda keçirilməsi Azərbaycan futbolunun inkişafına ciddi təsir göstərəcək.

"Bu, futbolumuza böyük təkan verəcək. Avropa Çempionatının oyunlarının Bakıda keçirilməsi i̇lk növbədə uşaq futbolunun inkişafına müsbət təsir göstərəcək, çünki uşaqlar öz gözləri ilə dünya ulduzlarını görəcək və futbol bayramının ab-havasını hiss edəcəklər", – futbol veteranı bildirib.

O hesab edir ki, AVRO-2020-nin oyunlarının Bakıda təşkili səviyyəsi keçən il Azərbaycanın paytaxtında Londonun "Çelsi" və "Arsenal" (4:1) klubları arasında keçirilmiş Avropa Liqasının finalından daha yüksək olacaq.

"Azərbaycanda keçirilmiş bütün böyük yarışlar ən yüksək səviyyədə təşkil edilib. Təsadüfi deyil ki, 2019-cu ildə Avropa Liqasının finalının keçirilməsi hüququ Bakıya verilib və o, ən yüksək səviyyədə keçdi. Əminəm ki, AVRO-2020-nin Bakıdakı oyunları səviyyəsinə görə hətta Avropa Liqasının finalını da geridə qoyacaq", – Tuayev qeyd edib.

Игровой момент отборочного матча ЕВРО-1992 СССР - Венгрия - Sputnik Azərbaycan
AVRO-1992: dəyişikliklər vaxtı

Kazbek Tuayev hesab edir ki, Avropa Çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycana iqtisadi dividendlər də gətirəcək.

"Biz zənginləşəcəyik! Təsəvvür edirsinizmi, təkcə Türkiyədən nə qədər azarkeş gələcək? Çoxlu sayda turist mütləq iqtisadi artıma səbəb olacaq, özəl sahibkarlar yüksək gəlirlər əldə edəcəklər", – Tuayev bildirib.

O əmindir ki, bütün dünyada yayılmış ölümcül təhlükəli koronavirus AVRO-2020-nin keçirilməsinə mane olmayacaq və hesab edir ki, yaya qədər artıq bütün dünya bu xəstəlik haqqında unudacaq.

Xəbər lenti
0