BAKI, 4 mart — Sputnik. İdlibdə Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 6 nəfər yaralanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda "Bahar qalxanı" əməliyyatı çərçivəsində İdlibdə olan türk əsgərlərinə rejimin açdığı atəş nəticəsində 2 nəfərin şəhid olduğu, 6-nın yaralandığı qeyd olunur Ərazidə müəyyən edilən düşmən hədəflərinin vurulmasının davam etdiyi bildirilir.
Türkiyə MN-nin yaydığı məlumata görə, əməliyyat başladığı gündən bəri; 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 ÖAQ, 52 reaktiv atəş sistemi, 8 HHM sistemi, 12 tank əleyhinə qurğu, 4 minaatan, 24 ZDM, 34 pikap, 60 hərbi maşın, 10 silah-sursat anbarı məhv edilib, 3 min 138 rejim ünsürü zərərsizləşdirilib.