CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha yeddi dərəcə və koronavirusun ölümü çatacaq

© pixabay / xuuxuuВосход солнца, фото из архива
Восход солнца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 4 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti
0