CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naqillər oğurlandı, qatar yola düşə bilmədi

© Azerbaijan Railways CJSCЭлектропоезд Баку-Сумгайыт-Баку
Электропоезд Баку-Сумгайыт-Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb"

BAKI, 4 mart — Sputnik. Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

O, qeyd edib ki, buna səbəb naqillərin oğurlanması səbəb olub: "Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şəbəkəsində kontakt naqilləri kənar şəxslər tərəfindən oğurlanıb. Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb".

Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir. Hadisə araşdırılır.

Xsatırladaq ki, səhər saatlarında Sumqayıtdan Bakıya gəlməli olan elektrik qatarları qrafikə uyğun hərəkət etməyib. Belə ki, səhər saat 06:55 və 07:17-də hərəkət etməli olan qatarlar yola düşməyib. Qrafik üzrə 07:50-də Sumqayıtdan-Bakıya yola düşən elektrik qatarı mənzil başına 08:29-da yox, doqquz dəqiqə gecikmə ilə saat 08:38-də çatıb.

Xəbər lenti
0