BAKI, 3 mart — Sputnik. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Hatay Dövlət Xəstəxanasında müalicə olunan yaralı türk əsgər və zabitlərinə baş çəkib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkəmizin Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Səfir Xəzər İbrahim Hatay Dövlət Xəstəxanasında müalicə olunan yaralı #Türk əsgər və zabitlərini ziyarət etmişdir. Dövlətimiz adından yaralılara şəfa diləkləri çatdırılmış, həmçinin onlara Azərbaycan sovqatları təqdim olunmuşdur.#İkiDövlətTəkMillət pic.twitter.com/7pyxGlJJPB
— AzEmbassyTurkey (@AzEmbassyTurkey) March 3, 2020
Xəzər İbrahim Azərbaycan dövləti adından yaralılara şəfa diləyib. Həmçinin, onlara Azərbaycan sovqatları təqdim olunub.