BAKI, 3 mart — Sputnik. Bu gün Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyət olacaq.
Sputnik Azərbaycan "Azərsu" ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı şəhəri Nizami rayonu ərazisində su xəttində qəza vaş verib. Baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar 3 mart 2020-ci il tarixində axşam saatlarınadək rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.