BAKI, 3 mart — Sputnik. Daxili İşlər Nazirliyində idarə və şöbə ləğv edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazir general-polkovnik Vilayət Eyvazov əmr verib.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub. Əməkdaşları isə DİN-in digər şöbələrində işlə təmin ediliblər.