CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir nazirlik təhlükəsizliyimiz üçün xəbərdarlıq etdi - VİDEO

Abunə olmaq
"Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır", - deyə məlumatda bildirilib.

BAKI, 3 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sputnik Azərbaycan Nazirliyin məlumatına istinadla xəbər verir ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.

Belə ki, bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır.

Qeyd edilib ki, tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır.

"Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır", - deyə məlumatda bildirilib.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər lenti
0