Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Harada avtomobildən nə qədər istifadə edirlər

Abunə olmaq
Dünyada ən çox avtomobil San-Marinoda qeydə alınıb - hər 1000 nəfərə 1263. Azərbaycanda isə hər min nəfərə 140 maşın düşür.

Ümumdünya bankının ekspertlərinin verdiyi məlumata görə, hazırda dünyada 1.2 mlrd. maşın istismardadır ki, onun da 747 milyonu minik, 453 milyonu isə kommersiya məqsədli avtomobildir.

Hibrid avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Elektromobil və hibrid avtomobil almaq niyə sərfəlidir?

Bank hər 1000 nəfərə düşən avtomobil sayına görə, dövlətlərin reytinqini hazırlayıb. Həmin reytinqdə dünyada ən çox avtomobil San-Marino vətəndaşlarının payına düşür - hər 1000 nəfərə 1263.

Sonrakı yerlərdə hər 1000 nəfərə düşən maşın sayına görə ABŞ (910) və Monako (899) qərarlaşıb. Dünyada ən az maşın 1000 nəfər başına Liberiya, Banqladeş, Solomon adaları (3), San-Tome və Prinsipi və Toqodadır (2).

Azərbaycan isə postsovet məkanında adambaşına düşən avtomobil sayına görə axırdan 4-cü yerdədir. Ölkəmiz hər min nəfərə düşən 140 avtomobillə keçmiş Sovetlər Birliyində Ermənistan (110), Tacikistan (38) və Özbəkistanı (37) geridə qoyur.

Məsələ ondadır ki, nəqliyyat vasitələrinin qeydiyyatı və qanuniləşdirilməsi ayrı-ayrı ölkələrdə güclü şəkildə bir-birindən fərqlənir. Bir çox avtomobil isə sadəcə rəsmiləşdirilməmiş qalır. "Navigant research" analitik şirkətinin mütəxəssisləri bir il əvvəl təqribi hesablama aparıblar. Lakin ağır yolsuzluq avtomobilləri və inşaat nəqliyyatı bu hesablamadan kənarda qalıb. Nəticədə analitiklər dünyada 1,015 mlrd. maşın sayıblar.

Dünyadakı avtomobillərin sayı ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0