Sputnik Azərbaycan-ın əməkdaşı "İlin fotoqrafı" mükafatına layiq görülüb
Sputnik Azərbaycan-ın əməkdaşı "İlin fotoqrafı" mükafatına layiq görülüb
Sputnik Azərbaycan
Əməkdaşımız Azərbaycan fotoqrafiya sənətində müstəsna xidmətlərinə görə, Oleq Litvinin xatirəsinə təsis olunmuş "Fotoreportyor" adı, "Fotojurnalist uğurlarına... 02.03.2020, Sputnik Azərbaycan
Əməkdaşımız Azərbaycan fotoqrafiya sənətində müstəsna xidmətlərinə görə, Oleq Litvinin xatirəsinə təsis olunmuş "Fotoreportyor" adı, "Fotojurnalist uğurlarına görə, İlin fotoqrafı-2019" mükafatı ilə təltif olunub.
BAKI, 2 mart — Sputnik. Azərbaycan Fotoqraflar Birliyi "İlin fotoqrafı-2019" mükafatının təqdimatı mərasimini keçirib.
2019-cu ilin ən yaxşı fotoqrafı adına müsabiqənin münsiflər heyətinin qərarı ilə Rəşad Mehdiyev layiq görülüb. Sputnik Azərbaycan-ın fotoqrafı Murad Orucov isə Azərbaycan fotoqrafiya sənətində müstəsna xidmətlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zamanı cəbhə xəttindən hazırladığı fotoreportajları ilə tanınan Oleq Litvinin xatirəsinə təsis olunmuş "Fotoreportyor" adı və "Fotojurnalist uğurlarına görə, İlin fotoqrafı-2019" mükafatı ilə təltif olunub.
Sputnik Azərbaycan-ın fotoqrafı Murad Orucov "İlin fotoqrafı-2019" mükafatı ilə təltif olunub
Təqdimat mərasimi YARAT müasir yaradıcılıq səhnəsi və ArtFaktor foto agentliyinin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilib.
"İlin fotoqrafı" mükafatı 2000-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təsis edilib. Birlik əsas mükafatla yanaşı "Hərbi fotoqraf", "İdman fotoqrafı", "Fotoreportyor" və digər nominasiyalarda da mükafatlar təqdim edir.
Azərbaycan Fotoqraflar Birliyi 1998-ci ildə Azərbaycanda qeydiyyatdan keçib.