Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda dəhşətli qəza: Ölənlər və yaralananlar var – FOTO

© Photo : APAHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
"Ford Tranzit" markalı, 23-BC-086 dövlət nömrə nişanlı yük maşını "VAZ 2107" markalı, 10-FZ-877 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

BAKI, 2 mart — Sputnik. İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford Tranzit" markalı, 23-BC-086 dövlət nömrə nişanlı yük maşını "VAZ 2107" markalı, 10-FZ-877 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

© Photo : APAHadisə yerində
İsmayıllıda dəhşətli qəza: Ölənlər və yaralananlar var – FOTO - Sputnik Azərbaycan
Hadisə yerində

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0