Ərdoğan Putinlə görüşə gedir – Tarix açıqlandı

© AFP 2024 / BULENT KILICПрезиденты России и Турции Владимир Путин и Реджеп Тайип
Президенты России и Турции Владимир Путин и Реджеп Тайип  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada baş tutacaq görüşdə Suriya üzrə Soçi razılaşmalarının necə həyata keçirilməsini müzakirə edəcəklər.

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-i Rusiya Federasiyasına səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Prezidentinin Administrasiyasında olan mənbəyə istinadən xəbər verir.

"Bizim prezident martın 5-i birgünlük səfərlə Rusiyaya səfər etməyi planlaşdırır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada baş tutacaq görüşdə Suriya üzrə Soçi razılaşmalarının necə həyata keçirilməsini müzakirə edəcəklər.

Xəbər lenti
0