BAKI, 2 mart — Sputnik. "Azərbaycan Hava Yolları"nın Bakıdan Dubaya yerli vaxtla saat 10:12-də yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.
Sputnik Azərbaycan AZAL-ın məlumatına istinadla xəbər verir ki, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.
Təyyarə Bakı vaxtı ilə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş həyata keçirib.