CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən sosial çarx

© Sputnik / Murad OrujovСотрудник дорожной полици, фото из архива
Сотрудник дорожной полици, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu cür sosial çarxlar piyadavurmaların sayının azaldılmasına hesablanıb

BAKI, 2 mart — Sputnik. Dövlət Yol Polisi piyadavurmalarla bağlı maarifləndirmə işləri çərçivəsində sosial çarx hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, videoda gənc qız əvvəlcə yolu keçmək üçün piyada keçidindən istifadə edir. Amma geri qayıdan zaman həm başı telefona qarışır, həm də yolu təyin olunmamış yerdən keçir. Nəticədə isə avtomobil onu vurur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu cür sosial çarxlar piyadavurmaların sayının azaldılmasına hesablanıb: "Təəssüf ki, piyadavurmalarla nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxdur. Bu isə yol polisini ciddi şəkildə narahat edir. Biz mütamadi olaraq piyadalar arasında maarifləndirmə işləri aparırıq. Bu cür sosial çarxlarla çalışırıq ki, insanlar ən azından təsirlənib mənfi nəticə verəcək addımlar atmasınlar".

Bölmə rəisi onu da əlavə edib ki, maarifləndirmə işləri kompleks şəkildə həyata keçirilməlidir: "Burada təkcə yol polisi deyil, ictimai təşkilatlar, mətbuat, o cümlədən sosial şəbəkə istifadəçiləri aktivlik nümayiş etdirməlidirlər. Yəqin ki, hər bir xəbərdarlıq ən azından bir insanın həyatını xilas edər. Bu isə bizim üçün böyük göstəricidir".

Xəbər lenti
0