CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağac kəsən böyük məbləğdə cərimə edilib

© pixabay / kaboompicsТопор, фото из архива
Топор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Təbriz Center" MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

BAKI, 2 mart — Sputnik. Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Center" MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub. "Təbriz Center" MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

 

Xəbər lenti
0